...

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən silahlı dəstə zərərsizləşdirilib

Siyasət Materials 17 İyun 2009 14:00 (UTC +04:00)
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən silahlı dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir K.Zərbalıyeva / 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində İrandan ölkəmizin ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, iyunun 16-da saat 05.00 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində dənizdən sahilə yan alan, içərisində narkotik vasitə olan qayığın saxlanılması məqsədi ilə keçirilən xüsusi tədbir zamanı qayıqda olanlar polisin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq müqavimət göstəriblər.

Əməliyyatçıların odlu silah işlətmək məcburiyyətində qalması nəticəsində onlardan biri - Heydəri Zahid Rəşid oğlu yaralanmıb. Cinayətkar dəstənin bütün üzvləri, İran vətəndaşları - Vəhdət Nəzəri Bəhruz oğlu, Heydəri Zahid Rəşid oğlu, Rahət Nihdani Məhinyəhya qızı və Zəhra Cavad qızı tutulublar. Onların istifadəsində olan qayıqdan 50 kiloqramdan çox həşiş, 60 ədəd avtomat patronu, 1 ədəd qaz balonu və istiqamət müəyyənləşdirən 2 ədəd GPS xüsusi qurğusu götürülüb. 

Faktla əlaqədar cinayət işi qaldırılıb. İstintaq aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti