...

Azərbaycanda "Təhsil haqqında" yeni qanun qəbul edilib

Siyasət Materials 19 İyun 2009 13:41 (UTC +04:00)
Azərbaycanda "Təhsil haqqında" yeni qanun qəbul edilib

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir А.Hüseynbala /

Azərbaycan Milli Məclisi cümə günü üçüncü oxunuşda "Təhsil haqqında" yeni qanunu qəbul edilib.

"Qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən, özəl ali məktəblərə sahibkarlıq fəaliyyəti kimi heç bir məhdudiyyət qoyulmayacaq. Təhsil müəssisələrinin təsisçiləri ilə bağlı yeni müddəalara əsasən, xarici ölkənin hüquqi və fiziki şəxsləri Azərbaycanda təhsil müəssisəsinin təsisçisi ola biləcəklər. Dövlət təhsil müəssisələrinə lisenziya müddətsiz, özəl və bələdiyyə təhsil müəssisəsinə 5 il , xarici hüquqi və fiziki şəxslərə isə 3 ildən az olmayaraq müddətə veriləcək. Azərbaycanda təhsil müəssisəsi açan xarici hüquqi və fiziki şəxsin təhsil müəssisəsində müavini mütləq azərbaycanlı olacaq. Müəssisədə çalışan tələbə və müəllim heyətinin 80 faizindən çoxu azərbaycanlı olacaq", - bir müddət əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sədr, millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Milli Məclis yeni qanunun hazırlanmasına başlasa da, 14 il ərzində qanun qəbul olunmayıb.

Əvvəlki təhsil qanununda ali müəssisələr dövlət və özəl ola bilərdi.

Onun sözlərinə görə, tələbə qəbulu test imtahanları ilə olacaq, yerləşdirmə isə əvvəlki qaydada aparılacaq. "Burada məqsəd abituriyentlərə ixtisası və təhsil müəssisəsini sərbəst seçməyə imkan verməkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təklifləri nəzərə alınmayıb. Komissiya beynəlxalq yarış və olimpiadalarda yer tutanların, orta məktəbdə qazanılan medallara görə ali məktəblərə imtahansız qəbul olunma və əvvəlki təhsil pilləsinin nəticələrinin sonrakı pillədə nəzərə alınması ilə bağlı maddələrin çıxarılmasını təklif edib. Lakin həmin maddələrin çıxarılması məqbul sayılmayıb", - Hacıyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti