...

Bu gün Vaşinqtonda Gürcüstan-Amerika Streteji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək

Siyasət Materials 22 İyun 2009 10:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Vaşinqtonda Gürcüstan-Amerika Streteji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək. Gürcüstan XİN-dən bildirildiyi kimi, Gürcüstan və ABŞ bu ilin yanvar ayında strateji tərəfdaşlıq haqqında imzalanmış Xartiya çərçivəsində konkret tədbirlər planı hazırlayacaqlar. 

"ABŞ bizim artiq çoxdan tərəfdaşımızdır, Gürcüstan və ABŞ arasında bu tərəfdaşlıq uzun illərdir ki, davam edir. Bu ölkə şər imperiyasının məhv olmasında böyük rol oynayan ölkədir. O, Baltik ölkələrinə olduğu kimi, bizə də müstəqil və demokratik dövlətin yaradılmasında kömək edib", - deyə Gürcüstan xarici işlər nazirinin birinci müavini Qiqa Bokeriya bəyan edib.

Nazir müavini qeyd edib ki, "Gürcüstan Baltik ölkələri kimi, ABŞ-ın köməkliyi ilə NATO və Aİ-yə üzv olacağına ümid edir".

O, həmçinin qeyd edib ki, Klinton və Vaşadzenin görüşü "iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti