...

Türkmənistan Prezidentinin Çinə rəsmi səfəri planlaşdırılır

Siyasət Materials 25 İyun 2009 13:46 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 25 iyun / Trend , müxbir H.Həsənov /

Çin hökuməti adından Aşqabadda rəsmi səfərdə olan ölkənin Dövlət Şurası Baş nazirinin müavini Li Ketsyan Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovu münasib vaxtda ÇXR-a səfər etməyə dəvət edib. Bu barədə bu gün milli telekanal Altın Asır xəbər verib. Səfərin müddəti diplomatik kanallarla razılaşdırılcaq.

Türkmənistan KİV-nin məlumatına əsasən, Çin Türkmənistanın böyük xarici ticarət tərəfdaşıdır. 2000-ci ildən etibarən bu iki ölkə arasında əmtəə mübadiləsi demək olar ki, qırx dəfə artıb və ötən ilin göstəricilərinə əsasən, 800 milyon ABŞ dolları təşkil edib.

Türkmənistanda Çin kapitalı ilə 32 müəssisə qeydiyyatdan keçib, 1 milyard və ya 1.4 milyard yuan məbləğində 49 investisiya layihəsi həyata keçirilir.

Tərəfdaşlığın əsas istiqamətlərindən biri yanacaq energetika sektorudur. Bu ilin sonunda qaz kəmərinin tikintisi başa çatacaq. Bu qaz kəməri ilə 30 il ərzində ÇXR-a ildə 40 milyard kub metrə qədər Türkmənistan qazı tədarük olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti