...

Gürcüstan müxalifətinin iki deputatı parlament azlığı heyətini tərk edib

Siyasət Materials 25 İyun 2009 17:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 iyun / Trend , müxbir N.Kirsxaliya /

Parlament azlığının iki üzvü Qiya Saqareişvili və Karlo Kopaliani Gürcüstan Parlamentinin fəaliyyətinə boykot elan ediblər. Artıq bir aydır ki, radikal müxalifətin aksiyalarında iştirak edən deputatların sözlərinə əsasən, onlar parlament azlığı heyətini tərk ediblər və bir daha parlamentdə fəaliyyət göstərməyəcəklər.

Eyni zamanda onlar öz mandatlarından, deputat statuslarından və ayda 1700 ABŞ dolları əmək haqqından imtina etmirlər.

Saqareişvilinin qeyd etdiyi kimi, onlar həmçinin üzv olduqları Antiböhran Şurasını da tərk ediblər. 

Kopaliani bildirib ki, parlamentdə qalmağa onun mənəvi haqqı yoxdur. "Bununla yanaşı, biz artıq bir aydır ki, parlament qarşısında improvizasiya olunmuş kameralardayıq, lakin parlament azlığındakı heç bir həmkarımız yaxınlaşıb özümüzü necə hiss etməyimizlə maraqlanmayıb", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti