Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir E.Hüseynov /
"İsrail Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir", - İsrail Prezidenti Şimon Peres bazar ertəsi Bakıda, Azərbaycan Dillər Universitetində çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, İsrail münaqişənin sülh yolu ilə həllinin tərəfdarı qismində çıxış edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Peres Azərbaycan və İsrail arasında həm siyasi, həm də iqtisadi, hümanitar və elm sahələrində hərtərəfli əməkdaşlığın vacibliyini qeyd edib.
Ölkələrin iqtisadi əlaqələri haqda danışarkən, Peres Azərbaycanın karbohidrogen resurslarının İsrailə tədarükü layihələrinin xüsusi əhəmiyyətini qeyd edib. "Bunun həm iqtisadi, həm də siyasi aspektləri vardır", - Peres bildirib.
İsrail Prezidenti bazar günü Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar keçirilib, iki hökumətlərarası sənəd imzalanıb, - AzərTAc dövlət informasiya agentliyi xəbər yayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]