...

Gürcüstan nümayəndə heyəti danışıqlar aparmaq məqsədilə Cenevrəyə yollanıb

Siyasət Materials 30 İyun 2009 13:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 iyun / Trend , müxbir N.kirtsxaliya /

Gürcüstan xarici işlər nazirinin müavini Giorgi Bokeriyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Cenevrəyə Qafqazda təhlükəsizlik və stabillik məsələləri üzrə danışıqların növbəti raundunda iştirak etmək üçün yollanıb.

Gürcüstan nümayəndə heyətinin təkibində bu danışıqlarda ilk dəfə olaraq Abxaziyanın "alternativ hökumət"nin yeni sədri  Qiya Baramiya iştirak edir. Onunla birlikdə Cenevrəyə Cənubi Osetiyanın müvəqqəti administrsiyasının başçısı Dmitri Sanakoev də yollanıb.

Qiya Baramiyanın Cenevrəyə getməmişdən öncə bəyan etdiyi kimi, danışıqlarda Gürcüstanın nümayəndə heyəti  münaqişə zonalarında insan haqlarının pozulması, hadisələrin xəbərdarlıq mexanizmləri, təhlükəsizlik təminatı, Abxaziya və Osetiya tərəfləri ilə dioloqun bərpasının vacibliyi haqqında söhbət aparacaq.  

Cenevrə danışıqlarının altıncı raundu iyulun 1-nə planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti