...

RF və ABŞ SHS üzrə razılığa gələ bilərlər - Prezident Medvedev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyul 2009 16:21 (UTC +04:00)
RF və ABŞ SHS üzrə razılığa gələ bilərlər - Prezident Medvedev (ƏLAVƏ OLUNUB)

"Rusiya və ABŞ-ın bir sıra vacib, həmçinin SHS (Strateji Hücum Silahlanması) məsələsi üzrə qərarlar qəbul etmək üçün bütün imkanları var", - RF Prezidenti Dmitri Medvedev, bazar ertəsi Kremldə ABŞ lideri Barak Obama ilə danışıqlarda bildirib Bu barədə RİA Novosti yazır.

"Bizim ölkələr müxtəlif problemlərlə qarşılaşırlar - bu həm dünyəvi təhlükəsizliyin təmin edilməsi, həm də Starteji Hücum Silahlanması ilə bağlı problemdir. Mən hesab edirəm ki, bizim gündəlikdə duran vacib və lazımlı qərarları qəbul etmək şanslarımız var", - Medvedev bildirib.

Rusiya və ABŞ prezidentləri yüksək səviyyədəki danışıqların yekunlarına əsasən, SHS üzrə çərçivə müqaviləsi imzalamağı planlaşdırırlar. O, hüquqi öhdəlik statusuna malik olmayacaq, ancaq gələcək müqavilənin mətni üzərində sonrakı iş üçün oriyentrləri müəyyən edəcək.

SHS üzrə cari müqavilə 31 iyul 1991-ci ildə, SSRİ-nin dağılmasından bir qədər əvvəl imzalanıb və 4 dekabr 1994-cü ildən etibarən 15 il müddətinə qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti