...

ABŞ Gürcüstanda Rusiya qoşunlarının qalması ilə heç vaxt barışmayacaq

Siyasət Materials 7 İyul 2009 13:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 iyul / Trend , N.Kirtsxalia /

"ABŞ-ın Gürcüstana olan münasibəti dəyişməz olaraq qalır, Vaşinqton Gürcüstanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir", - Moskvada Obama və Medvedyevin görüşünü və ABŞ prezidentinin Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatını şərh edən Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani belə deyib.

Maçavarianinin sözlərinə görə, bütün dünya, xüsusilə də Gürcüstan bu görüşü səbirsizliklə gözləyirdi.

"Görüşdən sonra aydın oldu ki, Amerikanın yeni administrasiyası Gürcüstan məsələsində geri çəkilməyəcək və onun ərazi bütövlüyü məsələsini prinsipial olaraq qoyacaq. ABŞ Gürcüstanda işğalçı qoşunların olması ilə heç vaxt razılaşmayacaq", - o deyib.

Maçavariani hesab edir ki, Gürcüstanın diplomatik mübarizəsi güclənməlidir, bunun üçün də bütün siyasi qüvvələrin və gürcü ictimaiyyətinin birləşməsi və Gürcüstanın qazandığı dəstəyin davam etdirilməsi lazımdır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti