...

Gürcüstan ABŞ-la Rusiya arasında "həssas nöqtə" olaraq qalacaq - ekspert

Siyasət Materials 7 İyul 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , E.Tarıverdiyeva /

ABŞ-la Rusiya arasında münasibətlərin "yenidən barpasına" baxmayaraq, Gürcüstan ölkələr arasında "həssas nöqtə" olaraq qalacaq, Amerikanın Gürcüstan üzrə aparıcı eksperti Linkoln Mitçell belə hesab edir.

"Gürcüstan Prezident Barak Obama və Dmitri Medvedyevin görüşündən heç bir dramatik dəyişikliklər gözləməməlidir, Gürcüstan ABŞ-la Rusiya arasında maneə olaraq qalacaq, Vaşinqtonun Tbilisiyə dəstəyi isə gələcəkdə də hiss olunacaq", - elektron poçtla Kolumbiya Universitetinin professoru Mitçell Trend -a deyib.

Gürcüstanın siyasi elitası ABŞ və Rusiya prezidentlərinin görüşünün ehtimal olunan nəticələrindən və Vaşinqtonun Tbilisyə münasibətinin dəyişəcəyindən narahatdır.

ABŞ-ın Gürcüstana münasibəti dəyişmir və o, Gürcüstanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir, Gürcüstan parlamentinnin vitse-spikeri Mixail Maçavariani Obama-Medvedyev görüşünü şərh edərkən deyib. 

Maçavarianinin sözlərinə görə, görüşü bütün dünya, xüsusilə də Gürcüstan və onun tərəfdarları səbirsizliklə gözləyirdi.

"Görüşdən sonra təsdiqləndi ki, Amerikanın yeni administrasiyası Gürcüstan məsələsində güzəştə getməyəcək, onun ərazi bütövlüyünü prinsipial olaraq ortaya qoyacaq və Gürcüstanda işğalçı qoşunlarının olması ilə heç vaxt razılaşmayacaq", - o deyib.

ABŞ Prezidenti Barak Obama Rusiya Prezidenti Dmitri Medvedyevin dəvətilə Moskvada iş səfərindədir. Obamanın səfəri haqqında razılaşmaya aprel ayında Londonda "iyirmilik" sammitindən əvvəl iki ölkə başçıarının görüşü zamanı nail olunub.

Mitçellin sözlərinə görə, Gürcüstan məsələsi gündəliyin əsas müzakirə mövzusu olmayacaq. Lakin ekspertin sözlərinə görə, Vaşinqtonun Gürcüstanın suverenliyini dəstəkləməsi məsələsi, sözsüz ki, prezidentlərin görüşündə müzakirə olunacaq.

"Obamanın Rusiyanın etdiyi güzəştlər qarşısında Gürcüstanı dəstəkləməkdən imtina edəcəyi təhlükəsi əsassızdır", - Mitçell deyib.

Xəbər lenti

Xəbər lenti