...

Brüsseldə növbəti NATO-Azərbaycan görüşü keçiriləcək - nazir

Siyasət Materials 9 İyul 2009 13:01 (UTC +04:00)
Brüsseldə növbəti NATO-Azərbaycan görüşü keçiriləcək - nazir

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir U.İsmayılova /

İyulun 15-də Brüsseldə 27+1 formatında NATO-Azərbaycan görüşü keçiriləcək, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Görüşdə 27 ölkə və Azərbaycan iştirak edəcək", - deyə nazir bildirib.

Brüsseldə bu formatda görüş artıq ötən ilin sentyabrında keçirilib. Müzakirələrin əsas mövzusu Azərbaycan tərəfindən Fərdi Fəaliyyət Planının həyata keçirilməsi məsələsi və regiondakı vəziyyət olub. 

Nazir NATO ilə əməkdaşlığın hazırki səviyyəsindən, xüsusilə stabilləşdirmə, mülki fövqəladə planlaşdırma, elm və ictimai diplomatiya kimi sahələr üzrə əməkdaşlıqdan məmnunluğunu da bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti