...

NATO Rusiyaya qarşı diplomatik təzyiqi davam etdirməlidir - Gürcüstan Baş nazirinin müavini

Siyasət Materials 10 İyul 2009 10:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyul / Trend , müxbir N.Kirtsxaliya /

NATO üzvləri Gürcüstanın işğal olunmuş ərazilərini geri qaytarmaq məqsədilə Rusiyaya qarşı ciddi diplomatik və siyasi təzyiqi davam etdirməlidirlər, deyə Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze Brüsseldə, alyansın qəragahında keçirdiyi görüşdə bildirib. 

Onun sözlərinə əsasən, Gürcüstandakı siyasi hadisələrin fonunda NATO üzvlərinin müfəssəl informasiyaya malik olması vacibdir. 

"Bizim üçün Gürcüstanın ərazi bütövlüyü və toxunulmazlığı çox vacibdir. Mövcud müqavilənin bütün bəndləri yerinə yetirilməlidir. Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmət etməlidir. Bu planda NATO üzvlərinin lazımı informasiyaya malik olması mütləqdir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti