...

Çin üçün nə vacibdir: "qida hüququ" və ya digər insan hüquqları? – Trend News-un icmalçısı

Siyasət Materials 14 İyul 2009 18:12 (UTC +04:00)
Çin üçün nə vacibdir: "qida hüququ" və ya digər insan hüquqları? – Trend  News-un icmalçısı

Polad Həmidov, Trend  News-un icmalçısı

Bəşəriyyətin böyük müəllimləri pleyadasında əsas yerlərdən birini tutan Konfutsi deyirdi: "Qanunun köməkliyi ilə hökmranlıq etdikdə, cəzalandıraraq hər şeyi qaydasına qoyduqda xalq ehtiyat edir, lakin həya saxlamır. Səxavətlə hökmranlıq etdikdə xalq təkcə utanmır, həm də itaət göstərir".

Çin Xalq Respublikasının (ÇXR) hökuməti 184 nəfərin qurbanı olduğu Sinszyan-Uyğur muxtar rayonunda uyğurlar və xanlar (etnik çinlilər) arasında etnik qruplararası toqquşmaya əsaslanan növbəti münaqişəni həll edib. Uyğurlar formalaşmış özünü dərklə və qədim tarixlə Çin dövlətində yüzillərdir yaşayır və bir dəfə də olsun üsyan qaldırmayıblar.

ÇXR-in sədri Xu-Szintao Akvildə G8 sammitində iştirak etməyib. Hərçənd çoxları bunu ölkədəki gərginliyin əlaməti kimi qiymətləndirsələr də, bu xalq ilə çətin anlarda həmrəyliyin nümayişi idi. Gərginliyin artmaması üçün adekvat tədbirlər qəbul edilib: etirazçıları qorxutmaq üçün ÇXR-in hərbi qüvvələrinin iştirakı ilə güc nümayişi, məscidlərdə beş vaxt namaza qadağa qoyulması, uyğurların xanların hücumundan müdafiəsinin təmin edilməsi.

Həmişəki kimi ölkədəki insan haqları ilə bağlı problemlərin mövcud olduğu analoji hadisələrdən sonra analitiklər təşkilatçıları aşkar etməyə və Qərbə aparan yol tapmağa çalışırlar. Lakin uyğurların etirazları məqsədsiz idi, yəni daxili səbəblərdən törəmişdi. Kənardan heç kəs planlaşdırmamışdı və planetin ən çox əhalisi olan ölkədə kiminsə belə bir aksiyanın təşkilinə cürət edəcəyini də düşünmürəm. Hətta Uyğurların Ümumdünya Konqresi hadisələrin bu inkişafına hazır deyildi. Hər şeyin səbəbi qlobal maliyyə böhranıdır, dəqiq desək, uyğurların işlə təmin edilməsi məsələsidir. Məhz bu səbəbdən etnik  toqquşmalar başlayıb.

Çindəki hadisələr kimin üçün sərfəli idi? İlk növbədə aletrnativ enerji resurslarına ehtiyacı olan Avropa ölkələrinə. İş ondadır ki, Sinszyan-Uyğur ÇXR-in böyük neft-qaz əyalətidir və Çini Mərkəzi Asiya ölkələri ilə birləşdirir. Məhz bu rayonun ərazisindən Qazaxıstan neft boru kəməri, həmçinin ilin sonuna kimi işləməyə başlayacaq Türkmənistan qaz kəməri salınıb.

Muxtar vilayətdəki hadisələr Mərkəzi Asiyadan Çinə boru kəmərləri vasitəsilə tədarüklərin həyata keçirilməsini təhlükə altında qoyur. Bununla da, Türkmənistan üçün "Nabukko" layihəsi prioritet olaraq qalır. Təsadüfi deyil ki, bu hadisələrin fonunda Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov ilk dəfə olaraq "Nabukko" layihəsinin türkmən qazı ilə təmin edilməsi imkanını səsləndirib.

Beynəlxalq cəmiyyət Çinlə bağlı məsələlərdə təmkinlik göstərir, çünki 1,3 milyard əhalinin yaşadığı Çin unikal ölkədir. Bu ölkənin əhalisini qida ilə, işlə təmin etmək kifayət qədər çətin işdir. Misal üçün, Afrika qitəsinin bütün əhalisi 960 milyon nəfər təşkil edir ki, bunun da 300 milyonu aclıq çəkir. Birləşmiş Millətlərin Qida və Kənd təsərrüfatı təşkilatının məlumatlarına əsasən, planetdə aclıq çəkənlərin ümumi sayı bir milyarddan çoxdur.

Yəni Qərb üçün və bütün dünya üçün ÇXR-də etnik azlıqlar və digər insan haqları ilə bağlı problemlər bu ölkənin "qida hüququ"nun təmin edilməsi problemindən daha az əhəmiyyətlidir. Ötən əsrin 70-ci illərində Çindəki aclıq problemi aktual idi, ölkədə 800 milyon nəfər aclıqdan əziyyət çəkirdi. Beləliklə də, ÇXR hökuməti heç kimin köməyinə ehtiyac duymadan öz vətəndaşlarını maddi və mənəvi cəhətdən təmin edir. Çin bununla son dərəcə mühüm qlobal xarekterli missiyanı icra edir.

Xəbər lenti

Xəbər lenti