...

Roma Papası biləyindən əməliyyat olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 İyul 2009 14:39 (UTC +04:00)
"İtaliyanın şimalındakı Aosta şəhərinin "Umberto Parini" xəstəxanasının həkimləri Roma Papası XVI Benediktin yıxıldığı zaman zədələdiyi sağ biləyində əməliyyat aparıblar", - yerli KİV klinikadakı mənbəyə istinadən xəbər verir.
Roma Papası biləyindən əməliyyat olunub (ƏLAVƏ OLUNUB)

"İtaliyanın şimalındakı Aosta şəhərinin "Umberto Parini" xəstəxanasının həkimləri Roma Papası XVI Benediktin yıxıldığı zaman zədələdiyi sağ biləyində əməliyyat aparıblar", - yerli KİV klinikadakı mənbəyə istinadən xəbər verir.

Əməliyyatı xəstəxananın ortopedik şöbəsinin rəhbəri Manuel Mançini və reanimasiya şöbəsinin rəhbəri Enriko Vizetti keçirib. Əməliyyat yerli narkoz altında keçib və klinikadan verilən məlumata görə, Papa özünü yaxşı və sakit hiss edir. İlkin qiymətləndirməyə görə, pantifik artıq bu axşam xəstəxanadan buraxıla bilər. Bu barədə RİA Novosti yazır.

Alp dağlarındakı Le-Komb kəndində məzuniyyətdə olan Roma Papası cümə günü "Umberto Parini" xəstəxanasına gələrək biləyindəki kiçik sınıqdan şıkayət edib. Müqəddəs Taxtın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Romada jurnalistlərə bildirib ki, apreldə 82 yaşı tamam olmuş pantifikin sağlamlığına heç bir təhlükə yoxdur.

Vatikan mənbələrindən gələn məlumatlara görə, ötən gecə Papa öz yataq otağında sürüşərək yıxılıb. Özü də burada söhbət hansısa nasazlıq və ya bir anlıq huşunu itirmədən getməyib. Buna baxmayaraq, o, təcili şəkildə şəxsi kardioloq və reanimatoru tərəfindən müayinə edilib.

Lombardinin sözlərinə görə, XVI Benedikt özünü çox yaxşı hiss edir. Buna sübüt kimi o/ bir faktı qeyd edib ki, cümə günü səhər pantifik həmişə olduğu kimi ibadətini edib, sonra isə səhər yeməyini yeyib. Yalnız bundan sonra Papa avtomobildə Aosta xəstəxanasına yollanıb. Buraya o, yerli vaxtla 09.45-də ( Bakı vaxtı ilə 12.45) gəlib.

Xəstəxanada o özü qəbul şöbəsinə gəlib. Orada ona təcili şəkildə rentgen müayinəsi və digər analizlər edilib.

"Umberto Parini" xəstəxanasından gələn qeyri-rəsmi məlumatlara görə, aparılan müayinələr ciddi heç nə göstərməyib. İstisna olunmur ki, pantifik iyulun 29-na qədər istirahət edəcəyi Le-Komb kəndinə artıq bu axşam qayıdacaq.

"Qorxulu heç nə baş verməyib. Düşünürəm ki, Papa öz istirahətini davam etdirəcək", - Lombardi deyib.

Analoji hadisə Yozef Ratsingerin (pantifikin Papa olana qədərki adı) başına 17 il əvvəl də gəlmişdi. O zaman Ratsinger Vatikanın Dini təlimlər məsələləri üzrə koqresasiyasının prefekti idi. 1992-ci ilin avqustunda 65 yaşlı kardinal Bressanone şəhərinin yaxınlığında istirahət edib. O, hamam otağında yıxılaraq yüngül xəsarət alıb. O vaxt da pantifik əməliyyat olunub və yerli xəstəxanada bir neçə gün qalıb.

Xəbər lenti

Xəbər lenti