...

Gürcüstanın "Qoşulun" müxalifət hərəkatının yeddi üzvü 13 günlüyünə həbs edilib

Siyasət Materials 21 İyul 2009 11:37 (UTC +04:00)
Tbilisi şəhər məhkəməsinin inzibati işlər kollegiyası, bu gecə Gürcüstanın "Qoşulun" müxalifət hərəkatının yeddi üzvünün 13 günlüyünə həbs edilməsi haqda qərar çıxarıb.
Gürcüstanın "Qoşulun" müxalifət hərəkatının yeddi üzvü 13 günlüyünə həbs edilib

Gürcüstan, Tbilisi, 21 iyul / Trend , müxbur N.Kirtsxaliya /

Tbilisi şəhər məhkəməsinin inzibati işlər kollegiyası, bu gecə Gürcüstanın "Qoşulun" müxalifət hərəkatının yeddi üzvünün 13 günlüyünə həbs edilməsi haqda qərar çıxarıb.

Polis parlament binası qarşısında piket keçirən müxalifətçi gənclərdən onunu həbs edib. Bir müddət sonra onlardan ikisi azadlığa buraxılıb, qalan səkkizi isə Tbilisi məhkəməsinə verilib.

Onlardan biri 400 larilik cərimə ödəyərək azadlığa çıxıb. Yeddi nəfər isə 13 günlük həbs cəzası alıb.

Həbs olunanlar polisin qanuni tələbini yerinə yetirməməkdə və kiçik xuliqanlıqda ittiham edilirlər. Onlar parlamentin hər üç girişində, prezidentin parlamentə gəlişi münasibətilə piket keçirirdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti