...

ATƏT missiyası Qırğızıstanda keçirilən prezident seçkilərindən təəssüflənir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 İyul 2009 15:56 (UTC +04:00)
"ATƏT missiyası Qırğızıstanda baş tutan prezident seçkiləri ilə bağlı rəyində, seçkilərin bu formada keçirilməsinə "təəssüf"ünü bəyan edib", - cümə günü mətbuat konfransında qısamüddətli müşahidəçilər qrupunun rəhbəri, senator Konsilio Di Nino deyib.
ATƏT missiyası Qırğızıstanda keçirilən prezident seçkilərindən təəssüflənir (ƏLAVƏ OLUNUB)

Redaktorun əlavəsi: ATƏT-in demokratik institutlar və insan hüquqları üzrə büronun (DİİHB) uzunmüddətli müşahidəçilər missiyasının başçısı Radmila Sekerinskanın sözləri əlavə olunub.

Qırğızıstan, Bişkək, 24 iyul / Trend , müxbir А.Tanayev /

"ATƏT missiyası Qırğızıstanda baş tutan prezident seçkiləri ilə bağlı rəyində, seçkilərin bu formada keçirilməsinə "təəssüf"ünü bəyan edib", - cümə günü mətbuat konfransında qısamüddətli müşahidəçilər qrupunun rəhbəri, senator Konsilio Di Nino deyib.

"Missiya bir sıra müsbət məqamlarla qarşılaşsa da, bu seçkilərin açıq demokratik seçkilərə Avropa baxışlarının əsas meyarlarına uyğun olmamasından təəssüf hissi keçirdiyini də bildirib", - Di Nino bildirib.

"Məsələn, seçkilərdə partiya və hökumət bölgüsü yox idi", - o qeyd edib.

Onun sözlərinə görə, bu seçkilər ədalətli seçki proseslərinə inamı ciddi şəkildə pozub.

Di Nino deyib ki, yerli KİV-in seçkiləri yayım əhatəsi tərəfli idi ki, bu da digər namizədlərə hazırkı Prezident Kurmanbek Bakiyev kimi çıxış etmək imkanı vermədi.

Senator bildirib ki, beynəlxalq müşahidəçilərin funksiyası yalnız seçki prosesinin təsbitidir. Bununla yanaşı o, Bakiyevin yenidən seçilməsinə siyasi dəyərləndirmə verməkdən imtina edərək, bütün Qırğızıstan xalqının nəticə çıxartmalı olduğunu bildirib.

ATƏT-in Demokratik institutlar və insan hüquqları üzrə bürosunun (DİİHB) uzunmüddətli müşahidəçilər missiyasının başçısı Radmila Sekerinska bildirib ki, missiyanın hesabatı təfərrüatlı və dəqiqdir. Ancaq bununla yanaşı o, bu seçkiləri etibarsız elan edən müxalifətin bəyanatları ilə razılaşdığını da deməyib.

Onun sözlərinə görə, irəliləyiş nümayiş etdirilməsə də, iyulun 23-dəki seçkilər ATƏT-in yanaşmalarına uyğun gəlirdi.

O, həmçinin Di Nino ilə razılaşaraq, uyğunsuzluğun yalnız başlıca meyarlarda olduğunu qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti