...

Gürcüstanın Baş naziri əmindir ki, ABŞ-ın dəstəyi ölkəyə iqtisadi dividendlər gətirəcək

Siyasət Materials 24 İyul 2009 17:29 (UTC +04:00)
ABŞ-ın Gürcüstana birbaşa və açıq dəstəyi istər siyasi planda, istərsə də iqtisadi inkişafda ölkəyə müsbət dəyişikliklər gətirməyə bilməz. Baş nazir Nika Qilauri ABŞ-ın vitse-prezidenti Cozef Baydenin səfərini və Tbilisidə çıxışını belə şərh edib.
Gürcüstanın Baş naziri əmindir ki, ABŞ-ın dəstəyi ölkəyə iqtisadi dividendlər gətirəcək

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

ABŞ-ın Gürcüstana birbaşa və açıq dəstəyi istər siyasi planda, istərsə də iqtisadi inkişafda ölkəyə müsbət dəyişikliklər gətirməyə bilməz. Baş nazir Nika Qilauri ABŞ-ın vitse-prezidenti Cozef Baydenin səfərini və Tbilisidə çıxışını belə şərh edib.

Baş nazir hesab edir ki, Baydenin Tbilisidə verdiyi bəyanat investorlar üçün əlavə stimul olacaq. "Bu, investorlara Gürcüstana daha cəsarətlə kapital qoymağa stimul verəcək", - o deyib.

Qilauri qeyd edib ki, son dövrdə Gürcüstanda mövcud olan vergi sistemindən və korrupsiyanın aşağı səviyyəsindən, eləcə də, ölkənin coğrafi mövqeyindən məmnunluqlarını bildirən çoxlu investorlarla görüşlər keçirilib.

Baş nazir hesab edir ki, Baydenin səfərindən sonra investorların fəallaşmasını gözləmək lazımdır. O həmçinin qeyd edib ki, iqtisadi planda iyun maydan, iyul isə iyundan yaxşıdır.

Dövlət naziri Teymur Yakobaşvili də hesab edir ki, ABŞ-ın vitse-prezidenti Cozaf Baydenin əsas bəyanatı o idi ki, Birləşmiş Ştatlar heç vaxt Gürcüstanı tək qoymayacaq.

"Gürcüstanın uğurları ABŞ-ın strateji maraqlarına daxildir. Gürcüstanın demokratik dövlət kimi yekun şəkildə formalaşmasına gəlincə, bunun üçün inkişaf etmiş iqtisadiyyat və təhlükəsizlik lazımdır", - Yakobaşvili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti