...

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində eksperiment keçirmək niyyətindədir

Siyasət Materials 27 İyul 2009 13:49 (UTC +04:00)
“Partiyamızın bütün üzvlərinə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tam sərbəstlik verilib”, - bazar ertəsi Trend News-a Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir, /A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində eksperiment keçirmək niyyətindədir.

"Partiyamızın bütün üzvlərinə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tam sərbəstlik verilib", - bazar ertəsi Trend -a Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

May ayında Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enəcək.

Dəmiroğlunun sözlərinə görə, seçilmək şansı olan və özünə güvənən partiyanın hər bir üzvü namizədliyini irəli sürə bilər. "Demokratiyadır, beş ildə bir dəfə şəhər və rayon təşkilatlarındakı üzvlərimizin öz gücünü sınamaq şansı yaranır. Ona görə partiyanın mərkəzi aparatından hər hansı yerli təşkilatda kiminsə namizədliyinin irəli sürülüb-sürülməməsi ilə bağlı göstəriş verilməyəcək", - partiya sədri əlavə edib.

Onun fikrincə, namizədlərin irəli sürülməsində heç bir məhdudiyyət qoyulmaması dərəbəyliklə də nəticələnməməlidir. "Bütün yerli təşkilatlarda hansı partiya üzvünün daha şanslı olub-olmadığı hamıya bəllidir. Ona görə bu seçimdə yanlışlığa yol verilməyəcəyinə arxayınam", - Tərəqqi Partiyasının rəhbəri qeyd edib.

Dəmiroğlu deyib ki, bu eksperiment həm də 2010-cu ildə keçiriləcək parlament seçkiləri üçün bir sınaq olacaq: "Əgər partiya üzvlərimiz düzgün seçim edə biləcəklərsə, parlament seçkisi ərəfəsi bizim üçün yaxşı bir sınaq olacaq", - partiya sədri vurğulayıb.

Tərəqqi Pаrtiyаsı rаdikаl müxаlifət pаrtiyаsı kimi 10 ildən аrtıq fəаliyyət göstərib. 2008-ci ilin yаyındа lоyаl müxаlifətçiliyə kеçməк və prеzidеntliyə nаmizəd İlhаm Əliyеvi dəstəkləməк bаrədə qərаr qəbul еdib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti