Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan Parlamentinə aralıq seçkiləri ertələnəcək. Bu barədə siyasi qərar bazar ertəsi parlamentin spikeri David Bakradze ilə parlament azlığı arasında məsləhətləşmələr nəticəsində qəbul edilib.
Bu qərarla bağlı bazar ertəsi parlament bürosunun iclası keçiriləcək. Orada aralıq seçkilərin ertələnməsi qərarının təsdiqlənəcəyi parlamentin növbədənkənar iclasının keçirilmə tarixi müəyyən ediləcək.
Ertələnmənin təşəbbüskarları xristian-demokratlar olub. Onlar hesab edir ki, əvvəlcə yeni seçki məcəlləsi qəbul edilməli, sonra seçkilər keçirilməlidir.
"Bu yeni məcəllə rəqabət mühitini müəyyən etməlidir", - parlament azlığında hesab edirlər.
Qeyd etmək lazımdır ki, üç dairə üzrə seçkilərdə iştirak üçün 11 siyasi partiya ərizə verib ki, onların içərisində hakimiyyətin "Vahid Milli Hərəkat"ı da var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]