...

Azərbaycanda siyasi müxalifət yoxdur – millət vəkili

Siyasət Materials 4 Avqust 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust  / Trend , müxbir C.Babayeva /

Azəbaycanlı millət vəkili Vahid Əhmədovun fikrincə, ölkədə siyasi müxalifət yoxdur.

"Azərbaycanın siyasi partiya liderləri Dağlıq Qarabağ problemi ilə bağlı mövqe ortaya qoya bilmirlər. Onlar şəxsi mənafelərini müdafiə edirlər. Münaqişənin həlli prosesinin uzanması səbəblərindən biri də siyasi müxalifətin olmamasıdır", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən "Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri" mövzusunda elmi-nəzəri konfransda Əhmədov  bildirib.

Millət vəkilinin sözlərinə görə, siyasi müxalifətçilik müəyyən şüarlar səsləndirməkdən ibarət olmamılıdır . "Siyasi müxalifət ölkə rəhbərliyi ilə görüşlər keçirib müəyyən tələblər ortaya qoymalıdır", - Əhmədov deyib.

Əhmədov ölkənin siyasi partiya liderlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iradələrini ortaya qoymağa çağırıb.   

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti