...

ABŞ-ın Gürcüstana dəstəyi dəyişməz olaraq qalır - müdafiə nazirinin müavini

Siyasət Materials 5 Avqust 2009 16:23 (UTC +04:00)

ABŞ, Vaşinqton, 05 avqust / Trend , müxbir N.Boqdanova /

"Gürcü-osetin münaqişəsinin birinci ildönümünə yaxınlaşarkən və yeni idarəetmənin ilk altı ayından sonra Prezident Obamanın administrasiyası həm sözdə, həm də əməldə göstərdi ki, ABŞ-ın Gürcüstana dəstəyi dəyişməz olaraq qalır və bizim regiondakı siyasətimiz düzgün yoldadır", - müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müavini, səfir Aleksandr Verbşou, ABŞ Senatının xarici münasibətlər komitəsində "Gürcüstan: avqust müharibəsindən bir il sonra" mövzusunda dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımır. "Birləşmiş Ştatların siyasəti Gürcüstanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəyişməz olaraq dəstəklənməsinə əsaslanır, sülh və sabitliyə kömək edərək regionda istənilən təsir dairəsini qəbul etmir. Biz suveren dövlətlərin öz qərarlarını qəbul etmək, istədikləri tərəfdaş və alyansları seçmək hüququna malik olması prinsipinin tərəfdarıyıq. Əsas odur ki, biz bundan sonra da Gürcüstan və onun xalqına dəstəyimizi davam etdirəcəyik", - Verbşou bildirib.

Tanınmamış Cənubi Osetiya Respublikasındakı hərbi əməliyyatlar ötən il avqustun 8-də başlayıb. Gürcü qoşunları paytaxt Sxinvaliyə daxil olub, daha sonra rus ordusu şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə geri sıxışdırıb. Avqustun 26-da Rusiya rəsmi olaraq Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti