...

İran əcnəbilərin iğtişaşlarda iştirakı faktı üzrə heç bir üzrü qəbul etmir

Siyasət Materials 10 Avqust 2009 18:02 (UTC +04:00)

İran XİN-in mətbuat katibi Həsən Qəşqavi bazar ertəsi bildirib ki, İran diplomatlar da daxil olmaqla, əcnəbi vətəndaşların Tehranda baş verən iğtişaşlarda iştirakı faktı üzrə heç bir üzrü qəbul etmir. Məlumatı Fars News agentliyi yayıb.

"Bir sıra nümayişlərdə diplomatik nümayəndələrin iştirakına bəraət qazandırıla bilməz və bu kimi hərəkətlər Vyana konvensiyasına ziddir. Bütün diplomatlar bunu bilirlər", - Qəşqavi Tehranda keçirilən özünün həftəlik konfransında junaslitlərə bildirib.

O qeyd edib ki, seçkilər hər bir ölkənin daxili işidir. "Namizədlər və onların tərəfdaşları arasında rəqabət ölkənin daxili siyasətinin bir hissəsidir və bu məsələnin xarici diplomatlara aiddiyyatı yoxdur", - o əlavə edib.

İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra Tehranda kütləvi etiraz aksiyaları başlayıb. İran hökumətinin rəsmi məlumatına əsasən, 30 nəfər zorakılığın qurbanı olub və yüzlərlə insan yaralanıb.

İran dəfərlərə Böyük Britaniyanı və digər qərb ölkələrini hazırkı Prezident Mahmud Əhmədinejadın qalib gəldiyi prezident seçkilərindən sonra ölkənin daxili işinə qarışmasında ittiham edib.

Xəbər lenti

Xəbər lenti