Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan Parlamentinin vitse-spikeri Paata Davitaya avqustun 15-də vəzifəli şəxslərlə görüşlər keçirmək üçün ABŞ-a rəsmi səfərə göndəriləcək. Bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
Vitse-spikerin sözlərinə görə, ABŞ-da Milli Təhlükəsizlik Şurasında, Pentaqonda və Dövlət Departamentində görüşlər keçirəcək.
Davitayanın bildirdiyinə görə, nəzərdən keçiriləcək məsələlər arasında münaqişə regionundakı vəziyyət və ölkədə baş verən siyası hadisələr də olacaq. Parlamentin vitse-spikeri Gürcüstana avqustun 22-də qayıdacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]