...

ABŞ Əfqanıstan hökumətinə güclü olmaqda kömək edəcək - ABŞ-ın Pakistan və Əfqanıstanda xüsusi nümayəndəsi

Siyasət Materials 14 Avqust 2009 15:35 (UTC +04:00)

ABŞ, Vaşinqton, 14 avqust / Trend , müxbir N.Boqdanova /

Trend -un Fars redaksiyasının ABŞ-ın Pakistan və Əfqanıstanda xüsusi nümayəndəsi Riçard Holbruk ilə müsahibəsi

- Əfqanıstanda qarşıdakı prezident seçkiləri ərəfəsində "Taliban" hərakatı öz fəaliyyətini fəallaşdırıb. "Taliban"ın təxribatları seçki prosesi zamanı hər hansı bir problemə səbəb ola bilərmi və siz qarşıdakı seçkiləri necə qiymətləndirirsiniz?

- İlk növbədə biz "Taliban" hərakatı ilə mübarizə aparırıq, belə ki, bu hərakatın sentyabrın 11-də bizə hücum edən və bunu bir daha edəcəklərini bəyan edən "Əl-Qaidə" ilə əlaqələri var. "Tliban" "Əl-Qaidə" ilə əlaqələrdən imtina etsə, ölkənin siyasi həyatında ayrıca hökumət və ya qrup tərkibində iştirak etmək niyyətini alqışlayarıq.

Seçkilərə gəldikdə isə, növbəti həftə Əfqanıstanda keçiriləcək prezident seçkilərinin iğtişaşlara səbəb olacağından narahatam. Amerikada keçirilən seçkilərdə baş verdiyi kimi, burda da mübahisələr yarana bilər. Bu prosesə bir qədər vaxt sərf ediləcək. Səsvermənin keçirilməsinin qiymətləndirilməsi üçün minlərlə xarici müşahidəçi Əfqanıstanda olacaq, belə ki, nəticələrlə bağlı bəzi fikir ayrılıqlarının yaranması ehtimalı mövcuddur. Hər bir demokratik ölkədə olduğu kimi, seçkilər zamanı problemlər yaranacaqmı? Düşünürəm ki, biz bu cür yanaşmalıyıq.

Mən insanların seçkilərdən sonra nəyə ümid etdiyini bilmirəm. Lakin seçkilər təmizləmə effektinə malikdir. Seçkilər azad, ədalətli və şəffaf keçirildiyi halda legitimlin sübutudur.

Birləşmiş Ştatlar "Taliban" hərakatı sıralarında mübarizə aparan şəxslər "Əl-Qaidə"dən imtina etdikləri, silahı ataraq zorakılıqdan əl çəkdikləri və Konstitusiya əsasında ölkənin ictimai-siyasi həyatında iştirak etdikləri halda onların əfqan ictimaiyyətinə reinteqrasiyasını dəstəkləyəcək. "Taliban" hərakatı sıralarında mübarizə aparan şəxslərin böyük əksəriyyəti aldadılaraq yanlış yola düşmüş işsiz kəndli gənclərdir. Bizim məhz kənd təsərrüfatı sahəsində fəaliyyətimizi fəallaşdırmağımızın səbəbi də budur. 

- ABŞ Əfqanıstanda "Taliban" hərakatı ilə mübarizədə yeni strategiya hazırlamaq istəyir. Yeni strategiyanın əvvəlkindən fərqi nədədir? Bu strategiya nə kimi xüsusiyyətlərə malikdir?

- Siz məqsədlərimiz haqqında soruşursunuzsa, ABŞ-ın strategiyası xaş-xaş əkinlərinin məhv edilməsi olub, nail olduqlarımız isə xaş-xaş əkən kənd sakinlərinin cəzalandırılması, "Taliban"nın gəlirlərinin isə azalmaması oldu. ABŞ dəyəri bu qədər olamayan işlərə yüzlərlə milyon dollar sərf edir. Bura kənd təsərrüfatı ölkəsidir. Əfqanıstan əvvəl üzüm, kişmiş, nar, hətta taxıl ixrac edib. Bunların hamısı Sovet İttifaqının təcavüzündən sonra məhv edilib. Biz yenidən diqqətimizi bu sahəyə yönəltmək istəyirik.

Kəndli gəncləri "Taliban" hərakatından uzaqlaşdırmaq üçün iş yerləri açmaq istəyirik. Biz hökumətə daha güclü olmaqda kömək etmək istəyirik. Əslində isə ABŞ kömək etmək istədiyi hökuməti zəiflətdi. Biz "Taliban" tərəfindən işğal edilən cənub torpaqlarını qaytarmaq məqsədilə 21000 hərbi qulluqçu, 4000 təlimatçı, 17000 əsgər göndərdik. İlk əvvəl üçün bu əməliyyatların keçirilməsi üzrə göstəricilər çox müsbətdir, lakin qələbənin elan olunması üçün çox tezdir. 

Bizim hansı milli maraqlara qulluq etdiyimizi, "Əl-Qaidə", Əfqanıstan və Pakistanın üsyançı qrupları arasındakı davamlı münasibətlərin Əfqanıstanda keçirilən hərbi əməliyyatlara səbəb olduğunu dəqiq təsəvvür etmək lazımdır. Amerika qoşunları tərəfindən mübarizənin hərb mərhələsi daimi deyil. Lakin bizim vətəndaş yardımımız uzun müddət ərzində davam edəcək.

Mən Əfqanıstanda və Pakistanda uğurların müəyyən edilməsi barədə də danışmaq istərdim. Biz bu uğurların şahidi olduqdan sonra onlar haqqında danışa biləcəyik. Mən, Əfqanıstan tam şəkildə demokratik olanacan ölkədə müharibə aparılmasında qərarlı olmağımız bərədə fikirlərin düzgün olmadığını düşünürəm. Mən insanların bu kimi real olmayan öhdəliyə inanacağını düşünmürəm. Lakin biz regionda terror aktları, nüvə təhlükəsi və destabilizasiyanın digər formalarından müdafiəni təmin edənə qədər mübarizə aparmaqda qərarlıyıq.

Eyni zamanda, mən uğurun müəyən səviyyəsinə nail olmaq istərdim, çünki Kapitoli təpəsindəki qanunverici orqan tərəfindən təzyiqi hiss etdim. Biz hamımız qanuni əsaslarla inkişaf görmək istəyən Amerika ictimaiyyəti və Konqresi tərəfindən səbrsizlik və təzyiqi hiss edirik.

- Pakistandakı Vəziristan əyalətindəki əməliyyatlar hələ də davam edir və "Taliban"
hələ də məhv edilməyib. Siz necə düşünürsünüz, bu hərakatı yalnız hərbi əməliyyatlar sayəsində məhv etmək mümkündürmü? Daha hansı addımlar atılmalıdır?

- Raket hücumu zamanı qruplaşmanın liderinin həlak olması xəbərindən sonra Pakistanda "Taliban" hərakatı sıralarında həyəcan müşahidə edildi. Hamımız başa düşürük ki, "Əl-Qaida"nın müstəqil qolunun lideri Baytulla Mehsudanın məhv edilməsi böyük bir işdir.

Düşünürəm ki, ABŞ öz diqqətini korrupsiya ilə mübarizə, amnistiya üzrə milli proqram, regional və yerli səviyyəli idarəetmənin səmərəliliyinin artırılması kimi məsələlərdə cəmləməlidir. Bütün bu məsələlər üsyançılara qarşı tammiqyaslı mübarizədə çox vacib məsələlərdir. ABŞ bu məsələlər üzərində işləyir və seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, biz diqqətimizi buna yönəltməliyik.

- Sizcə, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Əfqanıstanda və Pakistanda terrorizmlə mübarizədə rol oynaya bilərmi?

- Mən belə düşünmürəm. Əslində, bu təşkilatın üzvlərindən biri - qonşu İran Əfqanıstanda yaranmış vəziyyətdə böyük rol oynayır. Əvvəllər İran Əfqanıstan daxilindəki bəzi qruplaşmalara silah tədarük edirdi. Biz İran amilini tamamilə dərk edirik. O, əsas amillərdən biridir, əvvəllər olduğu kimi, bunun belə olmadığını göstərməyə çalışmağın mənası yoxdur.

Xəbər lenti

Xəbər lenti