...

Azərbaycan Prezidenti hindistanlı həmkarını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 14 Avqust 2009 19:33 (UTC +04:00)
Təbrik məktubunda Prezident Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti hindistanlı həmkarını Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pratibha Devisinqh Patili Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təbrik məktubunda Prezident Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı hindistanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti