...

Azərbaycanın dövlət sərhədləri etibarlı qorunur - DSX rəisi

Siyasət Materials 18 Avqust 2009 12:08 (UTC +04:00)
"Bu ilin 7 ayı ərzində sərhədçilər tərəfindən 2842 sərhəd pozucusu saxlanılıb. 227 kiloqramdan artıq narkotik maddənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb", - Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı DSX rəisi general-leytenant Elçın Quliyev Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 90 illiyi münasibətilə keçirilən toplantıda bildirib.
Azərbaycanın dövlət sərhədləri etibarlı qorunur - DSX rəisi

Azərbaycan, Bakı, 18 avqust  / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ölkənin dövlət sərhədlərinin etibarlı qorunduğunu bildirib.

"Bu ilin 7 ayı ərzində sərhədçilər tərəfindən 2842 sərhəd pozucusu saxlanılıb. 227 kiloqramdan artıq narkotik maddənin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb" Trend -un məlumatına görə, bunu çərşənbə axşamı DSX rəisi general-leytenant Elçın Quliyev Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 90 illiyi münasibətilə keçirilən toplantıda bildirib.

Onun sözlərinə görə, hesabat dövründə 668 axtarışda olan şəxs saxlanılıb. Bundan əlavə, 2 mln. 50 min manat dəyərində qaçaqmal tutulub.

Tədbirdə sərhədçilərin iştirakı ilə mini parad təşkil olunub. Bir qrup gənc zabit and içərək sərhəd xidmətinə qəbul olunub. Azərbaycan Prezidentinin fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adı almış Elton İsgəndərov və Azərbaycan Bayrağı ordeni almış leytenant Qorxmaz Həşimovun təltifləri ailələrinə təqdim olunub. DSX rəhbərinin əmri ilə İntiqam Atakişiyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti