Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı rusiyalı həmkarı Dmitri Medvedevə Nazranda törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı başsağlığı verib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzu edib.