Azərbaycan, Bakı, 18 avqust / Trend , C.Babayeva, K.Konırova /
Azərbaycan və Qazaxıstan oktyabrda Bakıda ikitərəfli əlaqələrin perspektivlərini müzakirə edəcəklər.
Dövlət başçıları İlham Əliyev və Nursulatn Nazarbayevin telefon söhbəti zamanı tərəflər bu ilin iyul ayında Moskvada keçirilən danışıqlarda əldə olunan razılaşmaların icrasının gedişini və Qazaxıstan dövlət başçısının oktyabrda Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər, Qazaxıstan Prezidentinin rəsmi saytı xəbər verir.
Söhbət əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivlərini, xüsusilə energetika və karbohidrogen nəqli sahəsində iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, Xəzəryanı regionda çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafı haqqında da söhbət aparılıb.
Qazaxıstan və Azərbaycan dövlət başçıları ikitərəfli əlaqələri ən yüksək səviyyədə, həmçinin rəsmi səfərlər və qeyri-formal sammitlər çərçivəsində davam etdirmək haqqında razılıq əldə ediblər.
Trend -a Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirildiyi kimi, ilkin məlumatlara əsasən, Nazarbayevin rəsmi səfəri oktybarın 1-nə gözlənilir.
"Səfər 30 sentyabr-1 oktyabr tarixinə planlaşdırılan türkdilli dövlətlərin növbəti sammiti çərçivəsində baş tutmalıdır. Biz Qazaxıstan tərəfini dəvət etmişik, lakin bu hələ təsdiq olunmayıb", - həmsöhbət bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]