...

Gürcüstanın müxalifət liderinin oğlu və qardaşı saxlanılıb

Siyasət Materials 20 Avqust 2009 17:05 (UTC +04:00)
Ötən gecə "Vahid Gürcüstan naminə" müxalifət partiyasının lideri Eki Beseliyanın ailə üzvləri Kobuletidə polis tərəfindən saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partiya liderinin oğlu Rati Milorava və qardaşı Serqo Beseliya vətəndaş David Caparidze və onun xanımına təhqiramiz sözlər dedikləri və fiziki təzyiq göstərdikləri üçün həbs ediliblər.
Gürcüstanın müxalifət liderinin oğlu və qardaşı saxlanılıb

Gürcüstan, Tbilisi, 20 avqust / Trend , müxbir N. Kirsxaliya /

Ötən gecə "Vahid Gürcüstan naminə" müxalifət partiyasının lideri Eki Beseliyanın ailə üzvləri Kobuletidə polis tərəfindən saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partiya liderinin oğlu Rati Milorava və qardaşı Serqo Beseliya vətəndaş David Caparidze və onun xanımına təhqiramiz sözlər dedikləri və fiziki təzyiq göstərdikləri üçün həbs ediliblər.

Polisin verdiyi məlumata görə, əvvəlcə Caparidzenin xanımını sözlə təhqir edən bu iki nəfər və Beseliyanın yaxınları daha sonra onun ərinə fiziki güc tətbiq ediblər. Kafe müdiriyyəti tərəfindən hadisə yerinə polis patrulu çağırılıb.

Lakin Beseliyanın yaxınları polisə təslim olmaqdan imtina ediblər. Milorava, Beseliya və daha iki nəfər həbs edilərək Batumiyə göndəriliblər. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Bu arada Eka Beseliya şəxsən bildirib ki, onun oğlu və qardaşı qərəzli olaraq həbs ediliblər və bu, provakasiyadır. "Orada ciddi bir şey baş verməmişdi. Sadəcə olaraq mənim oğlumun iki nəfər tanışı və qardaşım orada olan iki nəfəri dalaşarkən ayırmaq istəmişlər. Ancaq hadisədə mənim qohumlarımın iştirak etməsi məlum olduqdan sonra iş başqa istiqamətə yönəldilib", - müxalifət lideri jurnalistlərlə söhbətində bildirib.

Bu Rati Miloravanın və Serqo Beseliyanın qanunu pozduqları ilk fakt deyil. Onlar daha əvvəllər də dələduzluğa görə polis tərəfindən saxlanılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti