...

Parlament komitəsinin sədri Quantanamo məhbuslarının Gürcüstana köçürülməsində heç bir təhlükə görmür

Siyasət Materials 24 Avqust 2009 16:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirsxaliya /

Parlamentin Avropa inteqrasiyası komitəsinin sədri David Darçiaşvili ABŞ-ın hərbi həbsxanası olan Quantanamonun məhbuslarının Gürcüstana köçürülməsində heç bir təhlükə görmür. "Fikrimcə, burada pis bir şey yoxdur", - Trend -a Gürcüstan Parlamentinin deputatı bildirib.

O hesab edir ki, əvvəlcə sözügedən məsələnin Gürcüstan qanunları və beynəlxalq normalarla uyğunluğunu müəyyən etmək lazımdır. "Əgər bu istiqamətdə heç bir maneə yoxdursa, o zaman hadisələrin bu inkişafı tamamilə normaldır və düşünürəm ki, bu, ümumiyyətlə Gürcüstanın maraqlarına zidd deyil. Əsas məsələ beynəlxalq normalara əməl etməkdir", - Darçiaşvili bildirib.

Gürcüstanlı deputat hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz regionunun işinə cəlb edilməsi böyük əhəmiyyət daşıyır. "ABŞ ilə strateji əməkdaşlıq regionun təhlükəsizliyi üçün zəmanətdir, belə ki, regionumuzun qeyri-rasional, Rusiya kimi revizionist qüvvələrlə təkbətək qalması aşkardır", - Trend -a parlament komitəsinin sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti