Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Poti məhkəməsi "BUKET" gəmisinin kapitanı, Azərbaycan vətəndaşı İlqar İmanverdiyevi iki aylıq həbs cəzasına məhkum edib. Bu barədə Trend -a Poti məhkəməsindən bildirilib.
Bununla hakim İmanverdiyevin Panama bayrağı altında üzən gəminin kapitanı olduğu dövrdə dəfələrlə Gürcüstanın ərazi sularını pozması və Abxaziyaya qaçaqmal gətirməsini iddia edən prokurorluğun xahişini təmin edib.
Həbs cəzasına məhkum edilmiş kapitanın başçılıq etdiyi gəmi iki həftə öncə Poti akvotoriyasında saxlanılıb. "BUKET"də 17 ekipaj üzvü olub ki, onların da dördü Azərbaycan vətəndaşıdır.
Ekipajən və kapitanın taleyi avqustun 31-də həll olunacaq.
Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend -a bildirilən məlumata əsasən, diplomatlar Gürcüstan tərəfi ilə məsləhətləşmələr aparır və Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsi üçün bütün qanuni tədbirlər görüləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]