...

Gürcüstanın sabiq spikerinin bağ evi hərracda satılacaq

Siyasət Materials 27 Avqust 2009 18:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinin Tbilisi regional mərkəzinin tələbini qəbul edərək, parlamentin sabiq spikeri Nino Burcanadzenin müsadirə edilmiş əmlakını hərracda satmağa icazə verib. Burcanadzenin məhkəmənin qərarına etiraz etmək hüququ var", - məhkəmənin mətbuat xidməti məlumat verir.

Avqustun 18-də Nino Burcanadzenin dövlətin xeyrinə cərimə yazılan vergi ödənilməsi aktının ləğv edilməsi üzrə tələbindən imtina edilib.

Qəbul edilmiş prosedura əsasən, bağ evi formasında mülkiyyətin yenidən qiymətləndirilməsi aparılacaq və bundan sonra əmlak hərracda satılacaq. Ev iki hərrac ərzində satılmazsa, dövlətin mülkiyyətinə keçəcək.

Burcanadze Sxneti (Tbilisinin kurort şəhərciyi) bağ evi və onun ətrafındakı ərazini 1 lariyə (1 dollar=1,68 lari) əldə edib. Bu əmlak 12 109 997 lari qiymətləndirilib və ona görə vergi ödənişi 1,2 milyon lari təşkil edib ki, Burcanadze də onu ödəməkdən imtina edib. O, əmlakın yenidən qiymətləndirilməsini tələb etsə də, məhkəmə qaydasında rədd cavabı alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti