Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Bu gün Gürcüstan-Türkiyə sərhədində üç nəfər Gürcüstan sərhədçisi qətlə yetirilib. Hadisə sərhədin Axalski sahəsində baş verib.
Fəaliyyətdə olan sərhəd dəstələrindən üç nəfər sərhədçinin meyiti tapılıb, bir nəfər isə itkin düşüb. İlkin versiyaya görə, hadisə Sərhəd Xidməti əməkdaşları arasında yaranan münaqişə zamanı baş verib.
İtkin düşən sərhədçinin axtarışı davam etdirilir.
Sərhəd polisi hadisə ilə bağlı şərh verməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]