...

AŞPA-nın sədri Türkiyə və Ermənistan arasında əldə olunan razılaşmadan razıdır

Siyasət Materials 3 Sentyabr 2009 10:56 (UTC +04:00)
AŞPA-nın sədri Türkiyə və Ermənistan arasında əldə olunan razılaşmadan razıdır

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir A.Axundov /

Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasına dair əldə olunan razılaşma xoş xəbərdir, bu barədə AŞPA-nın sədri Luis-Mariya de Puçun təşkilatın rəsmi saytında yayımlanan bəyanatında deyilir.

Onun sözlərinə əsasən, Avropa Şurasının Parlament Assambleyası çoxdandır ki, buna ümid edirdi və buna nail olundu.

"Ümid edirəm ki, hər iki ölkənin parlamenti Avropa Şurasının bu iki üzvünün münasibətlərində əsas olacaq iki protokolu da təsdiqləyəcək", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti