...

Gürcüstanın müdafiə naziri NATO ölkələri səfirlərinə qarşıdakı məqsədlərini açıqlayıb

Siyasət Materials 3 Sentyabr 2009 12:10 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri NATO ölkələri səfirlərinə qarşıdakı məqsədlərini açıqlayıb

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın yeni müdafiə naziri Baço Axalaya Gürcüstana akreditə olunmuş NATO ölkələrinin səfirləri ilə görüşüb. Müdafiə Nazirliyindən bildirildiyi kimi, Axalaya səfirləri ölkənin müdafiə idarəsinin əsas prioritetləri ilə tanış edib.

Gürcüstan hakimiyyətinin yaxın perspektivdə məqsədləri ölkənin NATO-ya inteqrasiyası, ordunun müasirləşdirilməsi və sülhün qorunmasından ibarətdir.

Axalaya Gürcüstan hərbçilərinin beynəlxalq missiyalarda və koalisiyalarda iştirakının, Müdafiə Nazirliyinin mülki və hərbi heyətinin peşəkar təhsil almasının vacibliyini qeyd edib, Gürcüstanın Şimali Atlantika Alyansına inteqrasiyası prosesini tezləşdirilməsinə vəd verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti