...

XİN-də Gürcüstan ilə Corciya ştatı arasında əməkdaşlıq məsələlərinə baxılıb

Siyasət Materials 3 Sentyabr 2009 20:34 (UTC +04:00)
Gürcüstanın XİN-də xarici işlər nazirinin müavini David Calaqaniya ilə Atlanta şəhərində Gürcüstan konsulunun köməkçisi Skot Henvud arasında görüş keçirilib.
XİN-də Gürcüstan ilə Corciya ştatı arasında əməkdaşlıq məsələlərinə baxılıb

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan XİN-də xarici işlər nazirinin müavini David Calaqaniya ilə ABŞ-ın Atlanta şəhərində Gürcüstan konsulunun köməkçisi Skot Henvud arasında görüş keçirilib.

XİN-in mətbuat departamentinin məlumatına görə, görüşdə Gürcüstanla Corciya ştatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin ABŞ tərəfinin təqdim etdiyi "Aqrosənaye və kənd təsərrüfatının inkişafı" layihəsinə baxılıb.

Bundan əlavə, tərəflər vacib məsələlərlə bağlı əməkdaşlığın davam etdirliməsində razılığa gəliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti