...

Rusiya Xəzər Donanmasının gəmiləri işgüzar səfərlə Bakı limanına gələcəklər

Siyasət Materials 3 Sentyabr 2009 14:39 (UTC +04:00)
Rusiya Federasiyası Xəzər Donanmasının (XD) “Tatarıstan” raket gəmisi və “Anatoli Qujvin” hidroqrafik gəmisi Azərbaycan paytaxtına – Bakı limanına qeyri-rəsmi səfərə hazırlaşır.
Rusiya Xəzər Donanmasının gəmiləri işgüzar səfərlə Bakı limanına gələcəklər

Rusiya Federasiyası Xəzər donanmasının (XD) "Tatarıstan" raket gəmisi və "Anatoli Qujvin" hidroqrafik gəmisi Azərbaycan paytaxtına - Bakı limanına qeyri-rəsmi səfərə hazırlaşır.

İtar-Tass-ın XD qəragahına yaxın mənbəsinin məlumat verdiyi kimi, "donanma gəmilərinin hərbi xidmət tapşırığını yerinə yetirmək üçün Xəzər dənizinin mərkəzi və cənub hissəsinə çıxışına hazırlıq başlanılıb. Dəniz səfəri çərçivəsində "Tatarıstan" raket və "Anatoli Qujvin" hidroqrafik gəmisinin Bakı limanına gəlişi planlaşdırılır".

İyunda XD-nin "Həştərxan" kiçik artileriya gəmisinin Türkmənistanın Türkmənbaşı limanına gəlişi planlaşdırılırdı. Lakin donanmadan asılı olmayan səbəblərdən bu baş tutmadı. Əvvəl Rusiya gəmilərinin Bakıya səfərinin də vaxtı dəyişdirilmişdi. Əvvəllər XD-nin döyüş gəmiləri dəstəsinə bu ilin iyulunda Bakıya gəlmək tapşırılmışdı. Ehtimallara görə, səfərə komandanlığı RF XD-nin vitse-admiralı Viktor Kravçuk və ya onun müavini kontr-admiral Vladimir Vdovenko edəcək.

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) su rayonlarının mühafizəsi gəmilərinin divizionlarından ibarət suüstü gəmilər, kiçik desant gəmiləri, baza və reyd tral gəmiləri, axtarış-xilasedici və təlim gəmiləri briqadasından ibarətdir. Ayrıca köməkçi gəmilər dəstəsi də var. Praktiki olaraq bütün gəmilər Bakıda bazalaşırlar. HDQ-nin tərkibi dəniz piyadaları batalyonundan və xüsusi təyinatlı dəniz diversiya-kəşfiyyat mərkəzindən ibarətdir. Onların silahları "Triton" tipli kiçik sualtı qayıqlardan ibarətdir. Azərbaycan HDQ-də 2,5 min nəfər var.

Bu məsələ Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil, Trend -a nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

Xəbər lenti

Xəbər lenti