...

Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir – Prezident İlham Əliyev

Siyasət Materials 3 Sentyabr 2009 19:02 (UTC +04:00)
İqtisadi böhranın bütün dünyanı əhatə etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonu ictimaiyyətinin qarşısında çıxış edərkən deyib.
Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 03 sentyabr / Trend /

İqtisadi böhranın bütün dünyanı əhatə etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonu ictimaiyyətinin qarşısında çıxış edərkən deyib.

"Demək olar ki, bütün dünyanı əhatə edən maliyyə böhranı Azərbaycana çox az təsir göstərib", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın hazırkı iqtisadi siyasəti, siyasi sabitliyi və ölkədə olan problemlərin vaxtında həllinin nəticəsidir.

"Son illər ərzində ölkənin bütün regionlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün çox şey edilib, o cümlədən məktəblər inşa edilir, infrastruktur yaxşılaşdırılır, tibbi müəssisələr, elektrik stansiyaları tikilir", - İlham Əliyev deyib.

"Bu inkişaf Hacıqabul rayonunda da müşahidə olunur. Son beş il ərzində burada müxtəlif məhsulların istehsal artımı, ümumi iqtisadi artım müşahidə olunur", - o deyib.

Xəbər lenti

Xəbər lenti