...

Çin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir - səfir

Siyasət Materials 4 Sentyabr 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Çin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, tərəfləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə riayət etməyə və beynəlxalq cəmiyyətin dəstəyi ilə münaqişənin sülh yolu ilə həlli etməyə çağırır, Çinin Azərbaycandakı səfiri Çjan Yannyan deyib.

"Çin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan da öz növbəsində Çinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Tayvanla heç bir rəsmi görüşlər keçirmir və vahid Çin hökumətini tanıyır", - cümə günü səfir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən görüşdə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Çin və Azərbaycan arasında əlaqələr böyük sürətlə inkişaf edir", - səfir deyib. "Hər iki ölkə bir-birini vacib məsələlərdə dəstəkləyir. Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində kömək edir", - o əlavə edib.

"Ölkələrimiz arasında işgüzar əlaqələr möhkəmlənir. Keçən il iki ölkə arasında mal dövriyyəsi 800 milyon dollar təşkil edib. Azərbaycanda 15 iri Çin müəssisəsi fəaliyyət göstərir, investisiyanın ümumi həcmi isə 500 milyon dollar təşkil edir", - diplomat deyib.

"Hazırda qarşılıqlı səmərəli əməkdaşlıq üçün heç bir problem yoxdur", - Yannyan deyib.

Xəbər lenti

Xəbər lenti