...

Azərbaycan və İsrail uçuşların davam etdirilməsi üzrə razılıq əldə ediblər

Siyasət Materials 9 Sentyabr 2009 11:28 (UTC +04:00)
İsrailin aviasiya administrasiyasının nümayəndə heyəti Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) başçısı Cahangir Əsgərov ilə görüş keçirib. Görüş zamanı AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Tel-Əviv reyslərinin davam etdirilməsi və “Arkia” şirkətinin təyyarələrinin Bakıya uçuşlarının başlanmasına dair qərar qəbul edilib. Bu barədə Trend Capital-a çərşənbə günü İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Azərbaycan və İsrail uçuşların davam etdirilməsi üzrə razılıq əldə ediblər

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir E.İsmayılova /

İİsrailin aviasiya administrasiyasının nümayəndə heyəti Bakıda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) başçısı Cahangir Əsgərov ilə görüş keçirib. Görüş zamanı AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Tel-Əviv reyslərinin davam etdirilməsi və "Arkia" şirkətinin təyyarələrinin Bakıya uçuşlarının başlanmasına dair qərar qəbul edilib. Bu barədə Trend -a çərşənbə günü İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən bildirildiyi kimi, "danışıqlar müsbət keçib və müzakirələrin yekunlarına əsasən tərəflər birgə razılığa gəliblər. Bu görüşün nəticəsi iki ölkə arasında hava nəqliyyatının gələcək inkişafı üçün imkan yaradıb".

AZAL Bakı -Tel-Əviv reyslərini davam etdirəcək, İsrailin "Arkia" şirkəti isə xüsusi reyslərin həyata keçirilməsinə başlayacaq. Ötən il İsrailin "Arkia" aviaşirkəti Tel-Əviv - Bakı reyslərinin həyata keçirilməsi üçün lisenziya əldə edib.

Lakin uçuşların həyata keçirilməsi üçün İsrail aviaşirkəti təhlükəsizlik məsələsini qaldırmışdı.

16 ildir bu istiqamətdə yalnız "AZAL" QSC-nin təyyarələri uçur. Bakı - Tel-Əviv istiqaməti üzrə uçuşlar həftədə iki dəfə, çəşənbə və bazar günləri həyata keçirilir. Həmin günlər Bakıdan uçuş saat 09:35-də, təyyarənin Bakıya gəlişi isə yerli vaxtla saat 17:50-də həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti