...

Moskva BMT Baş Assambleyasının Gürcüstan ilə bağlı qətnaməsini çətin ki, yerinə yetirsin - parlamentin vitse-spikeri

Siyasət Materials 10 Sentyabr 2009 16:05 (UTC +04:00)
Parlamentin müxalifətdən olan vitse-spikeri Paata Davitaya dünən qəbul edilmiş Gürcüstanın təşəbbüsü üzrə BMT qətnaməsinin reallaşmasına şübhə ilə yanaşır.
Moskva BMT Baş Assambleyasının Gürcüstan ilə bağlı qətnaməsini çətin ki, yerinə yetirsin - parlamentin vitse-spikeri

Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Parlamentin müxalifətdən olan vitse-spikeri Paata Davitaya dünən qəbul edilmiş Gürcüstanın təşəbbüsü üzrə BMT qətnaməsinin reallaşmasına şübhə ilə yanaşır.

"Lakin hesab edirəm ki, verilmiş qətnamə ilə Gürcüstanın haqlı olduğu beynəlxalq səviyyədə bir daha təsdiq edilib", - Davitaya Trend -a deyib.

Davitayanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə köçkünlərin Abxaziyadan qayıtması dəfələrlə qeyd edilsə də, bu, indiyədək yerinə yetirilməyib. Rusiyanın BMT Baş Assambleyasının qətnaməsini yerinə yetirməyəcəyi də təəccüb doğurmayacaq.

"BMT Baş Assambleyasının qətnaməsi yerinə yetirilməsə də, əsas odur ki, biz haqlı olduğumuzu beynəlxalq səviyyədə bir daha təsdiq etdik. Moskva üzərinə qoyulmuş beynəlxalq öhdəlikləri yerinə yetirməməklə, Avropa Şurasını tərk etməyə hazırdır", - vitse-spiker deyib.

Dünən BMT Baş Assambleyası Abxaziyadan və Cənubi Osetiyadan qaçqın düşənlərin qayıtmalarını dəstəkləyən qətnamə qəbul edib.

Rəsmi Tbilisi Gürcüstanda münaqişə nəticəsində məcburi köçkünlərin öz evlərinə könüllülük və təhlükəsizlik prinsipi ilə maneəsiz qayıtması üzrə dəqiq qrafikin təşkil edilməsini vacib sayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti