...

Azərbaycan MSK bələdiyyə seçkisi ilə bağlı normativ sənədləri yaymağa başlayıb

Siyasət Materials 14 Sentyabr 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkisi ilə bağlı normativ sənədləri yaymağa başlayıb.

MSK bələdiyyə seçkisinin keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədilə 19 normativ xarakterli aktın - təlimatların, izah və qaydalarıın təsdiq olunması barədə qərar qəbul edib və həmin sənədlər 6 topluda cəmləşdirilib. Toplulardan 4-ü işıq üzü görüb və MSK tərəfindən aşağı seçki komissiyalarına çatdırılıb. Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaq, bazar ertəsi Trend -a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda bələdiyyə seçkisinin dekabrın ortalarında keçirilməsi gözlənilir.

MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsi ilə ictimailəşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti