...

Azərbaycan paytaxtının merinin seçilməsi zəruridir – deputat

Siyasət Materials 14 Sentyabr 2009 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı Bakı merinin seçilməsinin zəruri olduğunu düşünür.

"Biz Avropa Şurası qarşısında belə bir öhdəlik götürmüşüksə, nə zamansa buna əməl olunmalıdır", - bazar ertəsi Trend -a Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Fəzail İbrahimli bildirib.

Trend -un arayışı: Ötən həftə Azərbaycan paytaxtı Bakıya səfər edən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef bildirib ki, Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır. Mikallef deyib ki, Konqres Azərbaycan hakimiyyətinə Bakı meri vəzifəsinin təyinatla deyil, seçki yolu ilə tutulmasını məsləhət bilib.

İbrahimlinin sözlərinə görə, seçki keçirilməsi üçün ilk növbədə Bakı merinin statusu, onun neçə müddətə, neçə ildən bir seçilməsi müəyyənləşdirilməlidir. "Seçki yolu ilə merin seçilməsi həmin şəxsin məsuliyyətini də artıracaq. Məncə, hazırlanacaq qanunda merin iki dəfə seçilməsi ilə bağlı müddəa da ola bilər. Əlbəttə, əgər həmin şəxsin fəaliyyətinin birinci müddəti qənaətbəxş olmayacaqsa, onda ikinci dəfə ona etimad göstərilməyəcək. Biz demokratik ölkəyiksə, Bakıda mer institutunun yaradılması ilə bağlı öhdəliyi tezliklə yerinə yetirmək lazımdır", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti