Gürcüstanın Azərbaycandakı səfiri İspaniyaya səfir təyin edilib

Siyasət Materials 14 Sentyabr 2009 19:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 sentyabr / Trend , müxbir N. Kirsxaliya /

Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze Gürcüstanın İspaniyadakı səfiri vəzifəsinə təyin edilib. Prezident Mixail Saakaşvilinin müvafiq müraciəti Gürcüstanın Parlament Bürosuna daxil olub.

Natbiladze hazırda Azərbaycanda səfir kimi fəaliyyət göstərir. O, bu vəzifəyə 2007-ci ildə təyin edilib. Buna qədər isə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Gürcüstanın İspaniyadakı səfiri vəzifəsi bir ay əvvəl Zurab Pololikaşvilininin Gürcüstanın enerji naziri təyin edilməsindən sonra boş qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti