Azərbaycan Prezidenti İlham Əliyev "Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi"nə dair Kredit Sazişi" üzrə razılığın təsdiq edilməsi barədə 2009-cu il fevralın 9-da Bakı şəhərində mübadilə edilmiş notaların təsdiq olunması barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Xarici İşlər Nazirliyinə sərəncamda göstərilən notaların qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yaponiya Hökumətinin xəbərdar edilməsi tapşırılıb.