...

Rusiya və Azərbaycanın müdafiə nazirləri 2010-cu il üçün Əməkdaşlıq Planını təsdiq ediblər

Siyasət Materials 22 Sentyabr 2009 10:56 (UTC +04:00)
RF-nin müdafiə naziri Anatoliy Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi keçirilən görüşdə 2010-cu il üçün Əməkdaşlıq Planını təsdiq ediblər, RİA Novosti RF Müdafiə Nazirliyinin informasiya və mətbuat xidmətinin nümayəndəsinə istinadən xəbər verir.
Rusiya və Azərbaycanın müdafiə nazirləri 2010-cu il üçün Əməkdaşlıq Planını təsdiq ediblər

RF-nin müdafiə naziri Anatoliy Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi keçirilən görüşdə 2010-cu il üçün Əməkdaşlıq Planını təsdiq ediblər, RİA Novosti RF Müdafiə Nazirliyinin informasiya və mətbuat xidmətinin nümayəndəsinə istinadən xəbər verir.  

Onun sözlərinə əsasən, tərəflər Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair bır sıra məsələləri müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın hərbi qulluqçularının Rusiya Müdafiə Nazirliyinin tədris müəssisələrində təlim keçməsi məsələsi müzakirə olunub. Serdyukovun sözlərinə əsasən, Rusiya tərəfi Azərbaycandan olan hərbi qulluqçuların pulsuz təlim normaları üzrə hərbi ali məktəblərə qəbulunu davam etdirəcək, agentliyin həmsöhbəti qeyd edib.

"İki ölkənin hərbi sahədə qarşılıqlı münasibətlərinin inkişafı qarşılıqlı səmərəli əməkdaşlıq əsasında qurulur, bu əməkdaşlıq müsbət xarekter daşıyır və planlı şəkildə həyata keçirilir", - Müdafiə Nazirliyinin nümayəndəsi Serdyukovun sözlərinə istinadən bildirib.

Görüşdən sonra Serdyukov və Əbiyev Leninqrad hərbi dairəsinin qərargahına baş çəkmək məqsədilə Sankt-Peterburqa yola düşəcəklər, mətbuat xidmətindən bildirilib.

Xəbər lenti

Xəbər lenti