...

Azərbaycan Fövqəladə Hallar Nazirlyi seldən ziyan çəkmiş rayonlara humanitar yardım göndərib

Siyasət Materials 30 Sentyabr 2009 16:36 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çərşənbə günü seldən ziyan çəkmiş rayonlara humanitar yardım göndərib.
Azərbaycan Fövqəladə Hallar Nazirlyi seldən ziyan çəkmiş rayonlara humanitar yardım göndərib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çərşənbə günü seldən ziyan çəkmiş rayonlara humanitar yardım göndərib.

"Bu gün Lənkəran, Xaçmaz, Quba, Şamaxı, Daşkəsən, Gədəbəy, Tovuz və Qax rayonlarına dörd yüz min manat dəyərində olan humaniutar yardım göndərilib. Yardım 520 kubmetr həcmində olan ağacdan, 32 min şiferdən, 6500 kvadratmetr həcmində olan şüşələrdən, 2500 kvadratmetrlik metal şiferlərdən ibarətdir", - FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəhbəri Raqif Muradov çərşənbə günü jurnalistlərə deyib.

Son on gün ərzində yağan güclü yağışlar nəticəsində Azərbaycanın bir sıra rayonlarının kəndlərinə ziyan dəyib.

"Dünən Quba rayonuna 4 maşın humanitar yardım göndərilib, - Muradov deyib. - Hazırda on rayonda ziyanın dəyərinin müəyyən edilməsi üçün işlər görülür".

O deyib ki, Hacıqabul rayonunda 45 evə, Xaçmaz və Quba rayonlarında isə 111 evə ziyan dəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti