...

Cəmiyyətdə nüfuzu olmayan müxalifət bütün günahların səbəbini özündə axtarmalıdır - Azərbaycanın hakim partiyası

Siyasət Materials 30 Sentyabr 2009 17:51 (UTC +04:00)
"Bu gün ölkəmizdə siyasi qüvvələrin nisbəti ölkə vətəndaşlarının seçimi nəticəsində müəyyənləşib. Əgər Azərbaycanda müxalifətə, onların dediyi fikirlərə diqqət verilmirsə, bu, xalqın onlara etimadsızlığının göstəricisdir. Ona görə də cəmiyyətdə nüfuzu olmayan müxalifət bütün günahların səbəbini məhz özündə axtarmalıdır, başqa yerdə yox. Onlar düşünməlidirlər ki, insanlar nəyə görə onlara etimad göstərmirlər. Bu, müxalifəri düşündürən məsələ olmalıdır" , - Trend News-un məlumatına görə, bu barədə parlamentin iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.
Cəmiyyətdə nüfuzu olmayan müxalifət bütün günahların səbəbini özündə axtarmalıdır - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası hesab edir ki, cəmiyyətdə nüfuzu olmayan müxalifət bütün günahların səbəbini məhz özündə axtarmalıdır.

"Bu gün ölkəmizdə siyasi qüvvələrin nisbəti ölkə vətəndaşlarının seçimi nəticəsində müəyyənləşib. Əgər Azərbaycanda müxalifətə, onların dediyi fikirlərə diqqət verilmirsə, bu, xalqın onlara etimadsızlığının göstəricisdir. Ona görə də cəmiyyətdə nüfuzu olmayan müxalifət bütün günahların səbəbini məhz özündə axtarmalıdır, başqa yerdə yox. Onlar düşünməlidirlər ki, insanlar nəyə görə onlara etimad göstərmirlər. Bu, müxalifəri düşündürən məsələ olmalıdır" , - Trend -un məlumatına görə, bu barədə parlamentin iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.

Əhmədov bildirib ki, Azərbaycanda bugünkü real müxalifət rəqabət qabiliyyətinə malik deyil.

"Mən demirəm ki, Azərbaycanda müxalifət yoxdur. Sadəcə, müxalifətin rəqabət qabiliyyəti yoxdur", - Əhmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti