...

Biz tərəflər arasında münaqişənin dinc yolla həllinə aparacaq bütün addımları dəstəkləməyi arzu edirik- Fransanın Avropa Məsələləri üzrə naziri

Siyasət Materials 1 Oktyabr 2009 21:54 (UTC +04:00)

Fransa, Strasburq, 1 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/ Biz  tərəflər arasında münaqişənin dinc yolla həllinə aparacaq bütün addımları dəstəkləməyi arzu edirik . Bu fikirləri Fransanın Avropa Məsələləri üzrə naziri Pyer Lüluş (Pierre Lellouche) AŞ PA-nın payız sessiyası çərçivəsində jurnalistlər üçün keçiridiyi brifinqdə" Fransanın ATƏT-in  Minsk qrupunun həmsədri kimi hansı yeni təşəbbüslər irəli sürə bilər" sualına cavabında  deyib.

"Fransanın Xarici İşlər naziri Bernar Kuşner bəyan edib ki, Fransa Türkiyə-Ermənistan yaxınlaşmasından məmnunluq hissi keçirir və biz çoxdandır kı,  bu məsələnin dinc yolla həllinə çalışmışıq. Şəxsən özüm neçə illərdir ki, Türkiyə hökumətindən Ermənistanla quru sərhədlərin açılması istiqamətində jest etməyi xahiş etmişəm.  Bütün tərəflər, yəni istər Türkiyə, istərsə də Ermənistan  bu işdə qazanan tərəflər  olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə  gəldikdə, təbii ki, hər şey tərəflərin nə istədiklərindən asılı olacaq. Bu bütün  Avropa qitəsi,  Türkiyə,  eləcə də Ermənistan  üçün, ümüumilikdə bölgədə  sülhyaratma  prosesini n inkişafı üçün  önəmlidir," - deyə Fransalı nazir bildirib. 

O, əlavə edib ki, Strasburqa səfəri çərçivəsində bu gün Türkiyə və Rusiya nümayəndə heyətləri ilə görüşüb. Mən Türkiyə nümayəndə heyətinin rəhbərinin nəzərinizə çatdırdım ki, cari ilin oktyabrın 7-də Türkiyə prezidenti Abdulla Gülün 2010-cu ildə Fransada Türkiyə " Mədəniyyət  Mövsümü" çərçivəsində Parisə səfəri zamanı orada olacam. Cənab Abdulla Gül Fransanın dostudur. Biz bu səfərdən Fransa ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin daha sıx olmasını gözləyirik.  Fransa prezidentinin Türkiyəli həmkarını qəbul etməsi nəzərdə tutulan məsələlərə daxildir.

"Mən  bu gün burada Avropa qitəsinin təhlükəsizliyinə xələl gətirən yerli münaqişlərin detallarına getməyəcəm. Mən həm Azərbaycan, həm Ermənistan, həm də Dağlıq Qarabağa səfər etmişəm. Mən bu münaqişələrin çətinliklərini yaxşı başa düşürəm. Mən inanmıram ki, bu cür münaqişələr KİV-də verilən bəyanatlar vasitəsilə idarə olunsun, əksinə bu münaqişələr danışıqlar yolu ilə həll olunur. Biz  tərəflər arasında münaqişənin dinc yolla həllinə aparacaq bütün addımları dəstəkləməyi arzu edirik," - deyə Pyer Löluş əlavə edib.

Cənubi Qafqaza səfəri ilə bağlı suala cavab verən nazir qeyd edib ki,  O. Cənubi Qafqaza səfər etməyi müəyyən vaxtlarda nəzərdə tutub.
"Hal-hazırda, üç aydır ki,mən Fransanın Avropa Məsələləri üzrə naziri təyin olunmuşam. Mən bölgəyə səfər etməyi nəzərdə tutmuşam. Əgər bölgədə tərəflər arasındakı danışıqlarda müsbət irəliləyişlər olarsa və onlar Fransanın  məsələnin həll olunmasında iştirakına etiraz etməsələr, biz burada iştirak etməkdən  məmnun olacaq," - deyə nazir sonda bildirib.

 

Xəbər lenti

Xəbər lenti