...

Xəzəryanı dövlətlərin donanmalarının hərbi təchizatını nəzərə alsaq, Türkmənistan tərəfindən hərbi-dəniz qüvvələrinin formalaşdırılması minumum mümkündür – Prezident Berdımuhəmmədov

Siyasət Materials 2 Oktyabr 2009 11:38 (UTC +04:00)
Bütün Xəzəryanı dövlətlərin donanmalarının hərbi təchizatının səviyyəsi miqyasında Türkmənistanın hərbi-dəniz qüvvələrinin formalaşdırılması üzrə addımı “minimum mümkün tədbir kimi” görünür, bu barədə Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhhəmədovun Neytral Türkmənistan qəzetində dərc olunan müraciətində deyilir.
Xəzəryanı dövlətlərin donanmalarının hərbi təchizatını nəzərə alsaq, Türkmənistan tərəfindən hərbi-dəniz qüvvələrinin formalaşdırılması minumum mümkündür – Prezident Berdımuhəmmədov

Türkmənistan, Aşqabad, 02 oktyabr / Trend , müxbir H.Həsənov/

Bütün Xəzəryanı dövlətlərin donanmalarının hərbi təchizatının səviyyəsi miqyasında Türkmənistanın hərbi-dəniz qüvvələrinin formalaşdırılması üzrə addımı "minimum mümkün tədbir kimi" görünür, bu barədə Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhhəmədovun Neytral Türkmənistan qəzetində dərc olunan müraciətində deyilir.

"Dənizə çıxışı olan hər bir dövlət kimi bizə də öz dəniz sərhədlərimizin mühafizəsi, təhlükəsizliyin lazımı səviyyəsinin saxlanılması və terrorizm və mütəşşəkil brakonyer cinayətkarlığı ilə mübarizə, narkotrafikin təşkili cəhdlərinin qarşısının alınması üçün gəmilər lazımdır. Hərbi-dəniz qüvvələrinin artırılmasından söhbət getmir və gedə də bilməz", o deyib.

Berdımuhəmmədov qeyd edib ki, "Türkmənistan hərbi-dəniz donanması" özü də hələ bir termin kimi korrektə edilməyib.

"Yəqin ki, xatırlayırsınız, keçmiş SSRİ-nin hərbi-texniki bazasının bölüşdürülməsi zamanı Xəzər donanmasının bütün hərbi gəmiləri Bakı və Həştərxandakı limanlara doğru yönəldilər. O zaman Türkmənistanın payına cəmi iki-üç sərhəd kateri düşdü. Bununla da, "Türkmənistan hərbi-dəniz donanması" termini belə bir donanmanın olmaması səbəbindən uzun müddət istifadə edilməyib. Hazrkı yenidən texniki silahlanmaya gəldikdə isə burada hər hansı bir ziddiyət və ya qalmaqal yoxdur", - Prezident bildirib.

Onun sözlərinə əsasən, Xəzər hövzəsinə çıxışı olan beş ölkə dəniz sərhədlərinin delimitasiyası və Xəzərin bioresurslarının saxlanılması, həmçinin dənizdə silahsızlaşdırma zonasının yaradılması problemini əhatə edən daimi danışıqlar prosesindədir.

"Bu prosesi adi adlandırmaq olmaz, belə ki, o daimi inkişaf edir. Düşünürəm ki, biz hamımız doğru yoldayıq və Xəzərin sülh və dostluq dənizi olmasına nail ola bilərik", o deyib.

Türkmənistan Prezidenti cari ilin avqustunda 2015-ci ilə kimi Xəzəryanı sahildə müasir müşahidə texnikası və göyərtəsində raket daşıyan gəmilər ilə təchiz olunan hərbi-dəniz bazasının yaradılması barədə əmr verib. Türkmənistan Xəzər hövzəsində müəyyən ölçülü sərhədə malikdir. Türkmənistan dövlət başçısının qeyd etdiyi kimi, bu sərhədi "quruda da etibarlı mühafizə etmək" lazımdır.

O həmçinin bildirib ki, "Türkmənistan heç bir ölkəyə ərazi iddası irəli sürmür və heç bir dövləti düşməni qismində nəzərdən keçirmir, öz sərhədlərini sülh, dostluq və mehribanlıq zonası hesab edir".

Xəbər lenti

Xəbər lenti